Kontentə keç

Yehovanın Şahidlərinin ibadət görüşləri

İbadət görüşlərimiz barədə məlumat alın. Sizə yaxın yerdə keçirilən görüşün ünvanını öyrənin.

Sizə yaxın olan yeri tapın (yeni pəncərə açılır)

İbadət görüşlərimiz necə keçirilir?

Yehovanın Şahidləri həftədə iki dəfə ibadət görüşləri keçirir (İbranilərə 10:24, 25). Görüşlərdə biz Müqəddəs Kitabı və Allahın tələblərini həyatda tətbiq etməyi öyrənirik. Bu görüşlərdə istəyən hər kəs iştirak edə bilər.

Görüşlərimizin çox hissəsi sual-cavab, yəni müzakirə şəklində keçir. Sual-cavabda iştirak etmək könüllüdür. Görüşlərin əvvəlində və sonunda nəğmə oxunur və dua edilir.

Görüşlərimizdə iştirak etmək üçün Yehovanın Şahidi olmaq şərt deyil. İbadət evlərimizin qapıları hamının üzünə açıqdır. Giriş pulsuzdur. Görüş zamanı pul yığılmır.