Kontentə keç

Mündəricatı göstər

Dünyanı Allahın hökuməti idarə edəndə insanlar «əmin-amanlığın bolluğundan həzz alacaqlar» (Zəbur 37:11).

Müqəddəs Kitabın cavabı

Müqəddəs Kitabın cavabı

Sizcə, Müqəddəs Kitab qayğılarımızı yüngülləşdirə bilər?

Bu barədə nə deyərdiniz?

  • Bəli

  • Xeyr

  • Ola bilsin

Müqəddəs Kitabda deyilir:

«Bütün qayğılarınızı [Allahın] üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7). Müqəddəs Kitab bizi əmin edir ki, Allah qayğılarımızı yüngülləşdirməyə qadirdir.

Müqəddəs Kitabda daha nə deyilir?

Elə bir vaxt olacaqmı ki, həyat qayğısız olsun?

Bəzi insanlar inanır ki, həyat qayğısız ola bilməz, kimisi isə insanın yalnız öləndən sonra rahat yaşayacağını düşünür. Siz bu barədə nə deyərdiniz?

Müqəddəs Kitabda nə deyilir?

Allah narahatçılıq yaradan problemləri dünyadan yox edəcək. «Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:4).

Müqəddəs Kitabda daha nə deyilir?