Kontentə keç

Mündəricatı göstər

Bilirsiniz?

Bilirsiniz?

Qədimdə nökərbaşının rolu nədən ibarət idi?

MÜQƏDDƏS KİTABIN yazıldığı dövrdə nökərbaşı başqa bir insanın evi və mülkü ilə bağlı işlərə nəzarət edirdi. «Nökərbaşı» kimi tərcümə olunan yunan və ibrani sözləri bəzən nəzarətçilərə, yaxud ev işlərini idarə edən şəxslərə şamil olunurdu.

Həzrəti Yaqubun oğlu Yusif Misirdə qul olduğu vaxt ağasının evində nökərbaşı təyin olunmuşdu. Belə ki, ağası «bütün varidatını Yusifin ixtiyarına» vermişdi (Yar. 39:2—6). Sonralar Yusif Misirin ikinci şəxsi olanda özü də evinə nökərbaşı təyin etmişdi (Yar. 44:4).

İsa Məsihin yaşadığı dövrdə mülkədarlar çox vaxt kənd təsərrüfatı sahələrindən uzaqda yaşayırdılar. Odur ki, onlar həmin sahələrdə işləyən işçilərə hər gün nəzarət etmək üçün nökərbaşılar təyin edirdi.

Kimlər nökərbaşı kimi təyin olunurdu? Birinci əsrdə yaşamış Roma yazıçısı Kolumella nökərbaşı təyin olunan nökərin hansı tələblərə cavab verməli olduğunu belə qeyd etmişdi: «O, təcrübə qazanmış şəxs olmalıdır». Həmin şəxs «işçilərə işi gördürməyi bacaran, lakin onlara qarşı kobud davranmayan» biri olmalıdır. Yazıçı həmçinin bildirmişdi: «Ondan tələb olunan əsas şey odur ki, bilmədiyi şeyləri bildiyini düşünməsin və həmişə yeni şeylər öyrənməyə həvəsli olsun».

Allahın Kəlamında nökərbaşının vəzifəsi məsihi yığıncağında görülən bəzi işləri təsvir etmək üçün istifadə olunur. Misal üçün, həvari Butrus korinfliləri təşviq etmişdi ki, onlara bəxş olunan bacarıqları «Allahın müxtəlif yollarla ifadə olunan lütfünün nümunəvi nökərbaşısı kimi bir-birinə» xidmətə istifadə etsinlər (1 But. 4:10).

Luka 16:1—8 ayələrində yazılmış məsəldə İsa Məsih nökərbaşı haqda nümunə çəkir. Üstəlik, Məsih padşah kimi hüzuruna nələrin əlamət olacağını söyləyərkən davamçılarını əmin etmişdi ki, «sadiq və ağıllı nökər», başqa sözlə, sadiq «nökərbaşı» təyin edəcək. Nökərbaşının əsas vəzifəsi dövrün sonunda Məsihin davamçılarını ruhani qida ilə təmin etmək olacaqdı (Mət. 24:45—47; Luka 12:42). Bu gün «nökərbaşı» imanı möhkəmləndirən nəşrləri hazırlayıb bütün dünya üçün əlçatan edir. Çox şadıq ki, biz də bu nəşrləri əldə edənlərin sırasındayıq.