Kontentə keç

Mündəricatı göstər

TƏLATÜMLÜ DÜNYADA

1 | Sağlamlığınızı qoruyun

1 | Sağlamlığınızı qoruyun

NƏYƏ GÖRƏ VACİBDİR?

Böhran, fəlakət birbaşa və ya dolayı yolla insanın sağlamlığına mənfi təsir edir.

  • Fəlakətlər insanlarda gərginlik, təlaş yaradır. Bu kimi hisslər uzun müddət davam edəndə insan xəstə düşür.

  • Bədbəxtliklər səhiyyə sistemini təzyiq altında qoyur, tibbi personal və dərman qıtlığı yaradır.

  • Fəlakətlər insanın maddi vəziyyətinə də mənfi təsir edir. Ərzaq, dərman kimi zəruri şeyləri almaq çətinləşir.

Nəyi bilməlisiniz?

  • Ciddi xəstəlik və stres ucbatından insan öz sağlamlığına laqeyd yanaşa bilər. Nəticədə, səhhəti daha da ağırlaşar.

  • Xəstəlik müalicə olunmadıqda insanın həyatı üçün təhlükə yarada bilər.

  • Nə qədər sağlam olsanız, çətin vəziyyətlərdə bir o qədər düzgün qərarlar verəcəksiniz.

  • Maddi vəziyyətinizdən asılı olmayaraq, sağlamlığınızı qorumaq üçün müəyyən tədbirlər görə bilərsiniz.

Nə edə bilərsiniz?

Ağıllı adam mümkün qədər təhlükələri qabaqcadan sezir və onlardan qorunmaq üçün müvafiq tədbirlər görür. Eyni şey sağlamlığa da aiddir. Çox vaxt sadə gigiyena qaydaları insanı xəstəlikdən qoruyur və ya xəstəliyin kəskinləşməsinin qarşısını alır. Unutmayın, ehtiyat igidin yaraşığıdır.

«Təmizkar olmağın, evimizi təmiz saxlamağın sayəsində, həkimə, dərmana az pulumuz çıxır» (Andreas *).

^ Bu jurnalda bəzi adlar şərtidir.