Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 103

Ağsaqqallar — insan timsalında hədiyyələr

Ağsaqqallar — insan timsalında hədiyyələr

(Efeslilərə 4:8)

  1. 1. Öz xalqına verib hədiyyə,

    Rəbb ağsaqqal seçib.

    Bu qardaşlar örnəkdir bizə,

    Həm də bir bələdçi.

    NƏQARƏT

    Rəbb onlara etibar edir,

    Biz də gərək güvənək.

    Hər zəhmətə qatlaşır onlar,

    Daim hörmət göstərək.

  2. 2. Can yandırır çoban quzuya,

    Tez dadına yetir.

    Xoş sözlə yaralı ürəyə

    O təsəlli verir.

    NƏQARƏT

    Rəbb onlara etibar edir,

    Biz də gərək güvənək.

    Hər zəhmətə qatlaşır onlar,

    Daim hörmət göstərək.

  3. 3. Biz sapmayaq deyə ağsaqqal

    Hey nəsihət verər.

    Sən xidmətdə ol daim fəal,

    O köməyin eylər.

    NƏQARƏT

    Rəbb onlara etibar edir,

    Biz də gərək güvənək.

    Hər zəhmətə qatlaşır onlar,

    Daim hörmət göstərək.