Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 150

Xilas üçün Yehovaya sığın

Xilas üçün Yehovaya sığın

(Səfənya 2:3)

  1. 1. Budur, xalqlar qalxır,

    Rəbbə asilik edir.

    Fani insan ağalığı

    Rəbbin hökmüylə bitir.

    Bax devrilir şahlar,

    Xəcil olacaq onlar.

    Məsih fatehtək zəfər çalıb,

    Haqqı edər bərqərar.

    NƏQARƏT

    Xilas üçün Rəbbə sığın,

    Yehovadır güvənc yerin.

    Sədaqət göstər,

    O olar sipər,

    Daim tut haqqın tərəfin.

    Saxlar səni pənahında

    Vəfalı Rəbbin.

  2. 2. Car çəkilir müjdə,

    Seçim vardır hər kəsdə.

    Sevirsə əgər Allahı,

    Eylər iman hər bəndə.

    Çox sərt olsa sınaq,

    Gərək biz qorxmaz olaq.

    Yehova çəkmir nəzərini

    Bizə arxa duracaq.

    NƏQARƏT

    Xilas üçün Rəbbə sığın,

    Yehovadır güvənc yerin.

    Sədaqət göstər,

    O olar sipər,

    Daim tut haqqın tərəfin.

    Saxlar səni pənahında

    Vəfalı Rəbbin.