Kontentə keç

Mündəricatı göstər

OYAQ QALIN!

Anomal istilər rekord dərəcəyə çatıb. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Anomal istilər rekord dərəcəyə çatıb. Müqəddəs Kitabda bu barədə nə deyilir?

 2022-ci ilin iyul ayında bütün dünyada rekord dərəcədə yüksək temperatur müşahidə olunub:

  •    Çin hökuməti bu ay ərzində ikinci dəfədir ki, 70-ə yaxın şəhərdə havanın təhlükəli dərəcədə isti olacağı barədə əhalini xəbərdar edib («CNN Wire Service», 25 iyul 2022-ci il).

  •    Avropada anomal istilərə görə bir çox ərazilərdə dəhşətli meşə yanğınları baş verir («The Guardian», 17 iyul 2022-ci il).

  •    Bazar günü ABŞ-ın şərq sahillərində, cənubunda və orta-qərbində yerləşən bir çox şəhərlərdə rekord dərəcədə yüksək temperatur qeydə alınıb («Nyu-York Tayms», 24 iyul 2022-ci il).

 Bütün bunlar nədən xəbər verir? Yer kürəsində həyat qeyri-mümkün olacaq? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Anomal istilər Müqəddəs Kitabda peyğəmbərlik olunub?

 Bəli. Qlobal istiləşmə Müqəddəs Kitabda yaşadığımız dövrlə bağlı deyilənlərlə üst-üstə düşür. Məsələn, İsa demişdi ki, biz «dəhşətli hadisələrin» şahidi olacağıq (Luka 21:11, «Müqəddəs Kitab Şirkəti—2009»). Dünyada temperaturun kəskin artmasına görə bir çox insanlar qorxur ki, insan fəaliyyəti ucbatından Yer kürəsində həyat qeyri-mümkün olacaq.

Yer kürəsində həyat qeyri-mümkün olacaq?

 Xeyr. Allah Yer kürəsini daimi yaşayış üçün yaradıb (Zəbur 115:16; Vaiz 1:4). O yol verməyəcək ki, insanlar onu məhv etsin, əksinə, Allah söz verib ki, «yeri tələf edənləri tələf» edəcək (Vəhy 11:18).

 Allahın Yer kürəsinə dair vədi ilə bağlı növbəti iki peyğəmbərliyi nəzərdən keçirin:

  •    «Səhra və quraq torpaq sevinəcək, düzlər şadlanacaq, zəfərantək çiçəklənəcək» (Əşiya 35:1). Allah yol verməyəcək ki, Yer kürəsi həyat üçün yararsız səhraya çevrilsin. Əksinə, O, Yer kürəsinə vurulmuş bütün zərəri bərpa edəcək.

  •    «Sən Yerə qayğı göstərirsən, onu naz-nemətlə doldurursan» (Zəbur 65:9). Allah Yer kürəsini cənnətə çevirəcək.

 İqlim dəyişikliyinin Müqəddəs Kitabda deyilənlərlə necə uzlaşdığı haqda daha ətraflı məlumat almaq üçün «İqlim dəyişikliyi və gələcəyimiz. Müqəddəs Kitabda bu barədə nə deyilir?» adlı məqaləni oxuyun.

 Müqəddəs Kitabda ətraf mühitin bərpası haqda deyilənlər barədə əlavə məlumat almaq üçün «Planetimizi kim xilas edəcək?» adlı məqaləni oxuyun.