Kontentə keç

Mündəricatı göstər

OYAQ QALIN!

Məktəblərdə atışma. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Məktəblərdə atışma. Müqəddəs Kitabda bu barədə nə deyilir?

 24 may 2022-ci il tarixində ABŞ-ın Texas ştatının Yuvalde şəhərində faciəvi hadisə baş verib. «Nyu-York Tayms» qəzetinin verdiyi məlumata əsasən, «Robb İbtidai Məktəbində silahlı şəxs 19 uşağı və iki müəllimi qətlə yetirib».

 Əfsuslar olsun ki, bu cür dəhşətli hadisələr tez-tez baş verir. «USA Today» qəzetində xəbər verilir ki, təkcə Birləşmiş Ştatlarda «ötən il məktəblərdə 249 atışma hadisəsi baş verib. Ən azı 1970-ci ildən bəri heç bir ildə bu qədər atışma hadisəsi olmayıb».

 Nəyə görə bu cür dəhşətli hadisələr baş verir? Onların təsirindən özümüzü necə qoruya bilərik? Zorakılığın nə vaxtsa bitəcəyinə ümid edə bilərik? Müqəddəs Kitab bu suallara cavab verir.

Nəyə görə insanlar getdikcə qəddarlaşır?

 İnsanların çoxu çaşqınlıq içindədir. Onlar soruşur: «Nəyə görə Allah məktəblərdə atışma kimi dəhşətli faciələrin qarşısını almır?» Bu suala Müqəddəs Kitabda verilən cavabı öyrənmək üçün «Pis şeylər yaxşı insanların başına gəlir. Axı niyə?» məqaləsini oxuyun.

Dəhşətli hadisələrin təsirindən özümüzü necə qoruya bilərik?

  •    «Əvvəlcədən yazılanların hamısı bizə nəsihət olaraq yazılıb ki... Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun» (Romalılara 15:4).

 Müqəddəs Kitabda qələmə alınan prinsiplər yaşadığımız bu zalım dünyada bizə kömək edə bilər. Əlavə məlumat üçün «Zorakılıq bitəcək?» (türk.) adlı «Oyanın!» jurnalını oxuyun.

 Uşaqlara qorxulu xəbərlərin öhdəsindən gəlməyə kömək etmək üçün «Pis xəbərlərin uşaqlarınıza təsiri» (türk.) adlı məqaləni oxuyun.

Zorakılıq nə vaxtsa bitəcək?

  •    «Canlarını zülmdən, zorakılıqdan qurtaracaq» (Zəbur 72:14).

  •    «Onlar qılınclarından gavahın, nizələrindən oraq düzəldəcək. Xalq xalqın üstünə qılınc qaldırmayacaq, artıq müharibə etməyi öyrənməyəcəklər» (Mikə 4:3).

 İnsanların edə bilmədiklərini Allah edəcək. Onun Padşahlığı, yəni səmavi hökuməti bütün silahları məhv edəcək və zorakılığın kökünü birdəfəlik kəsəcək. Allahın Padşahlığının görəcəyi işlər barədə daha ətraflı məlumat üçün «Allahın Padşahlığının hakimiyyəti altında hər yanda sülh olacaq» məqaləsini oxuyun.