Kontentə keç

Mündəricatı göstər

Marek M. Berezowski/Anadolu Agency via Getty Images

OYAQ QALIN!

Ukraynadakı müharibə ikinci ilinə qədəm qoyur. Müqəddəs Kitab hansı ümidi verir?

Ukraynadakı müharibə ikinci ilinə qədəm qoyur. Müqəddəs Kitab hansı ümidi verir?

 Cümə günü, 24 fevral 2023-cü il tarixində Ukraynadakı müharibənin bir ili tamam olacaq. Bəzi hesabatlara əsasən bu müharibədə 300 000-ə yaxın Ukrayna və Rusiya əsgəri, eləcə də təxminən 30 000 mülki vətəndaş ölüb və ya yaralanıb. Amma əslində bu say daha da yüksək ola bilər.

 Əfsuslar olsun ki, bu müharibənin sonu görünmür.

  •    «Təxminən bir ildir ki, Rusiya hərbi qüvvələri Ukraynaya soxulub. Münaqişənin real həll yolu hələ görünmür. Tərəflərdən heç biri açıq-aydın qələbə qazanmayıb, danışıqlar da heç bir nəticə vermir» («National Public Radio», 19 fevral 2023-cü il).

 Bu və digər münaqişələrin günahsız insanlara yaşatdığı ağrı-acı dünyanın müxtəlif yerlərində yaşayan insanlara da təsir edir. Müqəddəs Kitab hansı ümidi verir? Müharibələrin sonu olacaq?

Bütün müharibələrə son qoyacaq müharibə

 Müqəddəs Kitabda bəşəriyyəti məhv yox, xilas edəcək bir müharibədən danışılır. Bu, Armageddon müharibəsidir və o, «Qadir Allahın böyük günündə olacaq müharibə» kimi təsvir olunur (Vəhy 16:14, 16). Bu müharibə ilə Allah çoxlu dağıdıcı müharibələrə səbəb olan insan hökumətlərinin kökünü kəsəcək. Armageddon müharibəsi əbədi sülh gətirəcək. Bu haqda öyrənmək üçün növbəti məqalələri oxuyun: