Kontentə keç

26 İYUL 2019
DANİMARKA

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Danimarka, Kopenhagen)

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (Danimarka, Kopenhagen)
  • Tarix: 19—21 iyul 2019-cu il

  • Məkan: «Brondbü» stadionu və «Brondbü Hallen» (Danimarka, Kopenhagen)

  • Proqramın dilləri: Danimarka, Danimarka jest dili, ingilis, island, Norveç jest dili, İsveç jest dili

  • İştirakçıların ən yüksək sayı: 26409

  • Vəftiz olunanların ümumi sayı: 141

  • Beynəlxalq nümayəndələrin sayı: 7000

  • Dəvət olunmuş filiallar: Avstralaziya, Braziliya, Mərkəzi Amerika, Mərkəzi Avropa, Kolumbiya, Dominikan Respublikası, Finlandiya, Gürcüstan, Hindistan, Yaponiya, Polşa, ABŞ

  • Yerli ərazidə baş vermiş hadisə: «Brondbü» stadionunda tədbirlərin təşkilinə nəzarət edən Kristian Tideman Anderson deyib: «Bir il altı ay əvvəl biz Yehovanın Şahidlərinin beynəlxalq toplantısının keçirilməsini planlaşdırmağa başladıq və elə ilk gündən iki təşkilat arasında gözəl dialoq quruldu. Hörmət və bu cür böyük tədbirin keçirilməsində hər iki tərəfin üzləşdiyi çətinliklərə göstərdiyi qarşılıqlı anlayış sayəsində bütün işlər konstruktiv və səmərəli şəkildə görülmüşdür. Nadir hallarda bu cür mütəşəkkil və hər detala fikir verən əməkdaş tapmaq olur. Toplantı günlərində səhərdən axşama kimi kömək edən və işləyən və bunu müsbət əhval-ruhiyyə və təbəssümlə edən könüllüləri görmək çox dərin təəssürat bağışladı. Bu tədbirin bir hissəsi olmaq əla idi və sizin Toplantı komitənizə və könüllülərə əməkdaşlığa görə öz dərin minnətdarlığımızı bildiririk. Sizi və qonaqlarınızı yenidən “Brondbü” stadionunda görməyə ümid edirik».

 

Sarı rəngdə lent taxan beytellilər Beyteli ziyarət etməyə gələn beynəlxalq nümayəndələri salamlayır

Gənclər valideynləri ilə birgə təbliğ üçün görüşə gələn nümayəndələri salamlayır

«Brondbü» stadionunda keçirilən toplantıya gələn bacı-qardaşlarımız

Milli geyimlərində şəkil çəkdirən beynəlxalq nümayəndələr

İsland dilində İncilin «Yeni Dünya Tərcüməsi»ni alan bacılar sevinc göz yaşları tökür

Rəhbərlik Şurasının üzvü Stiven Let cümə günü yekun məruzə ilə çıxış edir

Səhnənin qarşısında əyləşən vəftiz olunmağa hazırlaşan bacı-qardaşlar vəftiz üçün məruzəni dinləyir

Vəftiz olunan 141 yeni bacı-qardaşdan bəziləri

Xüsusi təyinatlı müjdəçilər və digər xüsusi tamvaxtlı xidmətçilər stadionda olan bacı-qardaşlara əl edir

Danimarka, Farer adaları, Qrenlandiya və İslandiyada teokratik tariximizi göstərən tamaşada oynayan qardaşlar