Kontentə keç

Ər-arvad videokonfrans vasitəsilə yığıncaq görüşündə iştirak edir. İlk dəfədir ki, Ağamızın anma mərasimi də bu cür keçiriləcək

3 APREL 2020
DÜNYADAN XƏBƏRLƏR

İsa Məsihin ölümünün tarixi anma mərasimi

Bu pandemiya zamanı bir çox yığıncaqlar görüşlərini videokonfrans vasitəsilə keçirir

İsa Məsihin ölümünün tarixi anma mərasimi

Milyonlarla Yehovanın Şahidi və xoş xəbərə maraq göstərənlər çərşənbə axşamı, 7 aprel 2020-ci il tarixində, ilin ən vacib mərasiminə — İsa Məsihin ölümünün anma mərasiminə toplaşacaq. Lakin koronavirus (COVID-19) pandemiyasına görə bu il mərasim əksəriyyətimiz üçün fərqli şəkildə —videokonfrans vasitəsilə keçəcək.

Pandemiya ucbatından bir çox ölkələrdə hökumət kütləvi toplantıları qadağan edib. Bu səbəbdən əksər yığıncaqlar həftəlik görüşlərini videokonfrans vasitəsilə keçirir. Həmin yığıncaqlar İsa Məsihin anma mərasimini də bu cür keçirəcək. İctimaiyyət üçün isə jw.org saytında mərasimin yazıya alınmış videosu yerləşdiriləcək.

Keçən il anma mərasiminə 20 milyondan çox insan qatılmışdı. Ümid edirik ki, bu il də milyonlarla insan videokonfrans, telefon bağlantısı vasitəsilə anma mərasimində iştirak edəcək və ya saytımızda onun videoyazısına baxacaq.

Bir çox ölkələrdə virusa yoluxmaq təhlükəsi hələ də yüksəkdir. Təhlükə sovuşana qədər çox vacibdir ki, qardaşlarımızın təhlükəsizliyi xatirinə verilən tövsiyələrə ciddi riayət edək. Bununla belə, Yehovaya tam arxalanaraq biz İsanın: «Xatirəmi yad etmək üçün bunu həmişə edin», — deyə verdiyi göstərişinə əməl etməyə qəti qərarlıyıq (Luka 22:19).