Kontentə keç

Meksikadakı yeni tərcümə ofisləri və yaşayış binaları. Soldan saat əqrəbi istiqamətində: Sotsil, Sapotek (İstmus) və Otomi (Mezkital vadisi) tərcümə ofisi

31 AVQUST 2022
MEKSİKA

Mərkəzi Amerikada tərcümə ofislərinin sayı 25-ə çatdı

Mərkəzi Amerikada tərcümə ofislərinin sayı 25-ə çatdı

2022-ci ildə Meksikada yanvardan iyul ayınadək beş yeni tərcümə ofisi fəaliyyətə başlayıb. Bununla da Mərkəzi Amerika filialının ərazisindəki tərcümə ofislərinin sayı 25-ə çatıb. Tərcümə ofislərində taraski, sotsil, sapotek (istmus), otomi (Mezkital vadisi) və çol tərcümə qrupları işləyəcək. Onlar bu dillərdə danışan çoxlu sayda insanın olduğu ərazidə yaşayacaqlar. Yaxın aylarda Mərkəzi Amerika filialının ərazisində 8 əlavə tərcümə ofisi açılacaq, 34 tərcümə ofisinin isə layihəsi hələ hazırlanır.

Tərcüməçilərin tərcümə etdikləri dilin geniş istifadə olunduğu ərazidə yaşamaları və işləmələri onların işlərinə müsbət təsir edir. Əvvəllər bir neçə il filialda işləyən sotsil tərcümə qrupunun üzvü Marsela Ernandez deyir: «Filialda olanda fikir verirdim ki, işlətdiyim ifadələr getdikcə qəlizləşir. Amma indi yığıncaqda və təbliğdə bacı-qardaşların söhbətlərinə fikir verirəm və bu mənə daha təbii tərcümə etməyə kömək edir».

Bu sadə tərcümə ofislərinin səliqə-səhmanı, xoş görünüşü yerli camaatın diqqətini cəlb edir. Buna görə də insanların ayaq saxlayıb binalara baxması, hətta şəkil çəkmələri təəccüblü deyil. Tərcümə ofislərinin birinin yerləşdiyi küçənin qarşısında bir qadının kiçik dükanı var idi. Bu tərcümə ofisində hansı işlərin görüldüyünü bilmək qadına dərin təsir bağışlamışdı. Bundan sonra o, müntəzəm olaraq dükanını təmizləyirdi və səkini süpürürdü. Qadın bunun səbəbini belə izah edir: «Gözümün qabağında Allaha həsr olunmuş bina durur».

Yehovanın tərcümə ofisləri ilə bağlı görülən işi avand etdiyi göz önündədir. Onun köməyi sayəsində tərcümə işi üçün gördüyümüz zəhmət əbəs olmur (Zəbur 127:1).