Kontentə keç

Dindaşlarımızın zərər görmüş evləri (Quam, Dededo kəndi)

19 İYUN 2023
QUAM

«Mavar» tayfunu Quam və Rotanı viran qoydu

«Mavar» tayfunu Quam və Rotanı viran qoydu

24 may 2023-cü il tarixində «Mavar» tayfunu Quam və Rota adalarını vurdu. Bu, regionda son 20 ildə baş vermiş ən güclü tayfundur. Qasırğa nəticəsində adalara düşən yağıntının miqdarı 70 santimetrdən çox, küləyin sürəti isə saatda 160 kilometrdən artıq olub. Bu, Quam və Rotanın əksər ərazilərində su və elektrik kəsintisinə səbəb olub.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlar arasında ölən və yaralanan yoxdur.

  • 3 ev dağılıb.

  • 12 evə ciddi ziyan dəyib.

  • 8 evə cüzi ziyan dəyib.

Yardım işləri

  • Rayon nəzarətçiləri və ağsaqqallar tayfundan zərər çəkmiş bacı-qardaşlara ruhani və əməli yardım göstərir.

  • Yardım işləri üçün iki Zərərçəkənlərə yardım komitəsi təyin edilib.

Biz insanların təbii fəlakət qorxusu ilə yaşamayacağı və «əmin-amanlığın bolluğundan həzz» alacağı günü səbirsizliklə gözləyirik (Zəbur 37:11).