Kontentə keç

Dennis Kristensen 2017-ci il məhkəmədə bir dinləmə zamanı

10 MAY 2018
RUSİYA

Oryol məhkəməsi Dennis Kristensenin məhkəmə işində ilk şahid ifadələrini dinləyir

Oryol məhkəməsi Dennis Kristensenin məhkəmə işində ilk şahid ifadələrini dinləyir

Dennis Kristensenin məhkəmə işi 23 aprel 2018-ci il tarixində Oryolun Jeleznodorojnıy Rayon Məhkəməsində davam etdi. Yehovanın Şahidi və Danimarka vətəndaşı olan Dennis Kristensen 2017-ci ilin may ayında dini görüşdə iştirak etdiyi zaman tutulub və o vaxtdan bəri məhkəməyəqədərki həbsdə saxlanılır.

Prokuror Fomin Dennis Kristenseni Oryolda Yehovanın Şahidlərinin Yerli Dini İcması (YDİ) adı altında «ekstremist fəaliyyətlə məşğul olan təşkilata başçılıq etməkdə» ittiham edib. Həmin bu dini icma 2016-cı ilin iyununda haqsız olaraq «ekstremizmlə» ittiham olunaraq ləğv edilmişdi. Dennis Kristensenin vəkilləri bu ittihamlara etirazlarını bildirdilər. Çünki Yehovanın Şahidlərinin Oryoldakı yığıncağı hüquqi şəxs deyil, sadəcə Müqəddəs Kitabı öyrənmək üçün birlikdə toplaşan sülhpərvər və Allaha ibadət edən insanlardan ibarət bir qrupdur. Onun vəkilləri vurğuladı ki, Rusiya hakimiyyət nümayəndələrinin özlərinin də qəbul etdiyi kimi, Yehovanın Şahidlərinin dini fəaliyyəti qadağa olunmayıb və Rusiya Konstitusiyası insanı dini inancını ifadəetmə azadlığı ilə təmin edir *. Beləliklə, Dennis Kristensen dini xidmətdə iştirak edərkən sadəcə ibadətini icra edib.

Şahidlərin ifadələrinin dinlənilməsi 2018-ci il aprelin 24-ü başladı. Prokuror kürsüyə ilk olaraq Federal Təhlükəsizlik Xidmətinin nümayəndəsini çağırdı. Nümayəndə ifadə verəndə dedi ki, o, Oryoldakı ibadət evini 2017-ci ildən bəri video nəzarət altında saxlayıb. Amma o, içəridə nə baş verdiyini deyə bilmədi. Çünki video yazıda yalnız Dennis Kristeninsenin binaya daxil olan insanları səmimi salamlaması yer alıb. Sonra prokuror Yehovanın Şahidlərinin Oryoldakı ibadət görüşlərində iştirak etmiş bir qadını çağırdı. Bununla belə, o, Dennis Kristensenin fəaliyyəti haqda heç bir rəy də bildirə bilmədi, çünki yığıncaqda ancaq Oryoldakı dini icma ləğv olunmamışdan əvvəl iştirak etmişdi.

İrina Kristensen

Növbəti gün prokuror kürsüyə Yehovanın Şahidi olan 78 yaşlı qadını çağırdı. Prokuror ittiham edəcək bir «sübut» tapmaq üçün bu qadını iki saat yarım sorğu-sual etdi. Qadın ifadə verərkən təkcə onu dedi ki, Yehovanın Şahidlərinin direktorları və ya başçıları yoxdur və ibadət görüşləri zamanı onlar Rusiyada qadağan olunan dini ədəbiyyatlar heç vaxt istifadə etməyiblər.

Dinləmə 14 may 2018-ci il tarixində yenidən başlayacaq və bu ay ərzində bir neçə gün davam edəcək. Əgər Dennis Kristensen təqsirli bilinərsə, onda altı ildən on ilə kimi həbsdə yata bilər. Bütün dünyadakı Yehovanın Şahidləri bu ehtimaldan xəbərdardırlar və Dennis Kristensenin, onun həyat yoldaşı İrinanın rifahı üçün çox narahatdırlar.

^ Ali məhkəmə Yehovanın Şahidlərinin Oryoldakı dini icmasının qadağan olunması barədə çıxarılan qərarı qüvvədə saxlayarkən bildirdi: «Bu insanların seçdikləri dini ifadə etmə haqqı tapdalanmayacaq, çünki onlar ekstremist məzmunlu dini ədəbiyyatları paylamamaq şərti ilə müstəqil şəkildə ibadət etmə imkanından məhrum olunmurlar».