Kontentə keç

Petrinya şəhərinin əsas küçəsində ciddi ziyan dəymiş binalar

8 YANVAR 2021
XORVATİYA

Xorvatiyada güclü zəlzələ

Xorvatiyada güclü zəlzələ

Məkan

Petrinya şəhəri yaxınlığında, ölkənin paytaxtı Zaqrebdən 50 kilometr aralıda

Təbii fəlakət

  • Zəlzələ 29 dekabr 2020-ci il tarixində baş verib, 6.4 bal gücündə olub. Bu, Xorvatiyanın tarixində qeydə alınmış ən güclü zəlzələdir.

Bacı-qardaşlara təsiri

  • Həmin ərazidə yaşayan 91 təbliğçidən heç biri xəsarət almayıb

  • 29 təbliğçi təxliyə edilib

Əmlaka dəyən ziyan

  • 9 evə ciddi ziyan dəyib

  • 16 evə cüzi ziyan dəyib

  • Sisak şəhərindəki ibadət evinə cüzi ziyan dəyib

Yardım işləri

  • Xorvatiya filialı Zərərçəkənlərə yardım komitəsi təyin edib. Komitə iki rayon nəzarətçisi və yerli ağsaqqallarla birgə zərərçəkənlərin ruhani və maddi tələbatlarının qayğısına qalır, o cümlədən təxliyə edilmiş təbliğçiləri müvəqqəti sığınacaqla təmin edir. Hamı COVID-19 pandemiyası ilə bağlı təhlükəsizlik qaydalarına riayət edir.

Dua edirik ki, Yehova bu çətin günlərdə bacı-qardaşlardan Öz gücünü əsirgəməsin (1 Butrus 5:10).