Kontentə keç

Filippindəki pedaqoqlar JW.ORG saytının faydasını görür

Filippindəki pedaqoqlar JW.ORG saytının faydasını görür

Yehovanın Şahidlərinin 2016-ci ildə Filippindəki Şimali Zamboanqa əyalətində pedaqoqlara jw.org saytındakı videoların və məqalələrin nə qədər maarifləndirici olduğunu göstərmək imkanları oldu. Yehovanın Şahidləri ilk dəfə Dipoloq şəhərində əyalətin Təhsil Nazirliyini ziyarət etdi. Jw.org saytı Nazirliyin administrator heyətinin o qədər xoşuna gəldi ki, Yehovanın Şahidlərini Şimali Zamboanqadakı bir neçə bölgədən olan müəllimlər üçün tezliklə baş tutacaq üç seminarda 30 dəqiqəlik təqdimat göstərməyə dəvət etdi.

Təqdimatlar necə göstərildi?

Yehovanın Şahidləri hər seminarda iştirak edən təxminən 300 müəllimə videolar və İnternet məqalələri göstərdi. İştirak edənlərin xüsusilə «Borcları necə ödəməli?» adlı məqalə (rus.) xoşuna gəldi. Müəllimlərin çoxu gördü ki, bu təqdimatlar yalnız onların şagirdləri üçün yox, həmçinin onların özləri üçün də faydalıdır. Onların hər biri «Həyati vacib suallara kim cavab verə bilər?» adlı bukleti götürdü. Bu bukletdə jw.org saytında mövcud olan maraqlı və faydalı məlumatların icmalı yerləşir. Bəzi müəllimlər saytdan videolar da yüklədi.

Hər üç təqdimat o qədər maraqlı oldu ki, əyalətin Təhsil Nazirliyi təxminən 600 məsləhətçiyə və digər pedaqoqlara əlavə təqdimatların göstərilməsini təşkil etdi. Onlar Yehovanın Şahidlərinə dönə-dönə səmimi minnətdarlıqlarını bildirdilər.

«Bu sayt çox faydalıdır»

Daha sonra iştirak edənlərin bəziləri bu təqdimatların və saytın onlara necə kömək etdiyini dilə gətirdilər. Bir müəllim belə demişdi: «Sizə olduqca minnətdaram. Bu sayt şagirdlərimə təlim vermək üçün çox əlverişlidir. Başqa bir müəllim isə belə demişdi: «İndi öyrətməyə daha çox mövzum var, xüsusilə də stressin öhdəsindən gəlmək mövzusu ilə bağlı. Bu sayt çox faydalıdır, amma təkcə gənclər üçün yox, həmçinin artıq yetkin yaşa çatan insanlar üçün də faydalıdır».

Jw.org saytının təqdimatlarında iştirak edən 350-dən çox pedaqoq əlavə məlumat istədi. Yehovanın Şahidləri onların bu xahişini əlavə ədəbiyyat verməklə və Müqəddəs Kitaba əsaslanan praktiki məsləhətləri paylaşmaqla yerinə yetirdi.

Yehovanın Şahidləri çox şaddır ki, 1000-dən çox pedaqoq Şimali Zamboanqada keçirilən jw.org saytının təqdimatlarını izləyib və jw.org saytının nə qədər sanballı təlim mənbəyi ola biləcəyini öyrənib. Bu qiymətli təlim vasitəsi sayəsində bütün dünyadakı pedaqoqlar etika, əxlaq və din haqda məlumatları oxuyub faydalana bilər a.

a Filippindəki təhsil mərkəzləri tələbələrə yalnız bilik vermək məsuliyyəti yox, həmçinin «etik və dini dəyərləri aşılamaq, əxlaqlı şəxsiyyəti və özünütərbiyə xüsusiyyətini inkişaf etdirmək» məsuliyyətini də daşıyır (Filippin Respublikasının 1987-ci il Konstitusiyası, Maddə XIV, Bölmə 3.2).