Kontentə keç

İnsanlara Allah haqda öyrənməyə kömək edən qlobal çap işi

İnsanlara Allah haqda öyrənməyə kömək edən qlobal çap işi

Yehovanın Şahidlərinin nəşrləri bütün dünyada oxunur. Sizin kimi, milyonlarla insanlar bizim nəşrlərimizi elektron formatda oxuyur. Bununla belə, bizim çap işimizin nə dərəcədə böyük olduğunu bilməyiniz sizi təəccübləndirə bilər. 2013-cü ildə Müqəddəs Kitaba əsaslanan nəşrlərimiz təxminən 700 dildə çıxırdı, 239 ölkə və ərazidə paylanırdı.

1920-ci ilədək bütün ədəbiyyatlarımız özəl mətbəələrdə çap edilirdi. Həmin il bəzi jurnal və broşüralarımızı Bruklində (Nyu-York) icarəyə götürdüyümüz balaca bir yerdə çap etməyə başladıq. Lakin indi bizim Avropa, Asiya, Afrika, Avstraliya, Şimali və Cənubi Amerikada fəaliyyət göstərən mətbəələrimiz var.

Çap etdiyimiz ən vacib kitab

Əlbəttə ki, bizim çap etdiyimiz ən vacib kitab Müqəddəs Kitabdır. 1942-ci ildə çap dəzgahımızdan çıxan ilk tam Müqəddəs Kitab ingilis dilində «Kral Yakovun Müqəddəs Kitabı» olmuşdu. 1961-ci ildən etibarən biz bircildli «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ni çap edir və tərcümə edirik. 2013-cü ilədək bu kitabın 121 dildə 184 milyondan çox nüsxəsi çap edilib.

Vurğulanası məqam təkcə rəqəmlər deyil. Çap etdiyimiz Müqəddəs Kitab olduqca möhkəm kitabdır. Onun istehsalında istifadə olunan kağız saralmır, çünki tərkibində turşu yoxdur və kitab bərk cildlənib. Ona görə də Müqəddəs Kitab gündəlik istifadədə dözümlüdür.

Digər nəşrlər

Biz həmçinin Müqəddəs Kitabı açıqlayan ədəbiyyatlar da çap edirik. 2013-cü ilə aid olan bəzi rəqəmlərə diqqət yetirək:

  • Əsas jurnalımız olan «Gözətçi qülləsi» 210-dan çox dildə nəşr edilir və dünyada ən geniş yayılmış jurnaldır. 16 səhifəlik bu jurnalın hər sayı təxminən 45000000 tirajla çıxır.

  • Tirajına görə yalnız «Gözətçi qülləsi»ndən geri qalan və 99 dildə çıxan «Oyanın!» jurnalının hər sayı təqribən 44000000 tirajla çap edilir.

  • 224 səhifəlik yumşaq cildli «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabı oxuculara Müqəddəs Kitabın əsas təlimlərini başa düşməyə kömək etmək üçündür. 2005-ci ildən bu yana bu kitabın 240-dan çox dildə 214 milyondan çox nüsxəsi çap edilib.

  • 32 səhifəlik «Allahın sözünə qulaq as» broşürası üzündən yaxşı oxuya bilməyənlər üçündür. Bu broşürada sadə Müqəddəs Kitab həqiqətləri gözəl şəkillər və qısa şəkilaltı yazılar vasitəsilə izah edilir. Bu broşüranın 400-dən çox dildə 42 milyondan çox nüsxəsi çap edilib.

Bu nəşrlərdən savayı, Yehovanın Şahidləri cürbəcür kitab, broşüra və traktatlar nəşr edirlər. Bunlar Müqəddəs Kitabı araşdıran insanlara öz suallarına cavab tapmağa, problemlərin öhdəsindən gəlməyə və ailədə xoşbəxtliyə nail olmağa kömək edir. 2012-ci ildə Yehovanın Şahidlərinin mətbəələrində 1,3 milyarddan çox jurnal, eləcə də 80 milyondan çox kitab və Müqəddəs Kitab çap edilib.

2012-ci ildə Yehovanın Şahidlərinin mətbəələrində 1,3 milyarddan çox jurnal, eləcə də 80 milyondan çox kitab və Müqəddəs Kitab çap edilib

Mətbəələrimizə ekskursiya edənlər bu nəşrləri çap edən işçilərin necə zəhmətkeş olduğunu görəndə heyran qalırlar. Burada çalışan kişi və qadınlar bu iş üçün vaxtlarını və güclərini əsirgəmirlər. Onların əksəriyyətinin Bet-Elə (mənası «Allahın evi») gəlməzdən öncə, çap işində heç bir təcrübəsi yox idi. Lakin burada keçdikləri təlim və praktika yaxşı nəticələr verib. Məsələn, 20 yaşlarında gənc oğlanın saatda 200000 ədəd 16 səhifəlik jurnalların çap edildiyi yüksəksürətli çap maşınını idarə etdiyini görmək adi haldır.

Bu iş necə maliyyələşdirilir?

Yehovanın Şahidlərinin fəaliyyəti bütün dünyada könüllü ianələr hesabına həyata keçirilir. Hal-hazırda «Gözətçi qülləsi» kimi tanınan «Sion Gözətçi qülləsi»nin 1879-cu il avqust sayında deyilirdi: «Biz əminik ki, “Sion Gözətçi qülləsi” YEHOVANIN köməyilə nəşr edilir. Nə qədər ki bu belədir, biz kömək üçün heç kimə heç vaxt nə ağız açacaq, nə də yalvaracağıq». Biz bu gün də həmin fikirdəyik.

Nəyə görə bu işə bu qədər pul, vaxt və güc sərf edirik? Çünki biz ümid edirik ki, milyonlarla nüsxə ilə çap etdiyimiz Müqəddəs Kitabı və digər nəşrləri, eləcə də ədəbiyyatlarımızın elektron versiyalarını oxumaq sizə Allaha yaxınlaşmağa kömək edəcək.