Kontentə keç

Britaniya. Fotoqalereya 9 (sentyabr 2019 — fevral 2020)

Britaniya. Fotoqalereya 9 (sentyabr 2019 — fevral 2020)

 Bu fotoqalereyada 2019-cu ilin sentyabrından 2020-ci ilin fevral ayınadək müddəti əhatə edən şəkillər təqdim olunub. Şəkillərdən Yehovanın Şahidlərinin Britaniyadakı yeni filialının tikintisinin son mərhələlərini və Beytel ailəsinin filiala köçməsini və işə başlamasını görə bilərsiniz.

  1. Şimal istehsalat binası (videomaterialların istehsalı)

  2. Cənub istehsalat binası (təmir və texniki xidmətlər)

  3. Ofis binası

  4. A yaşayış binası

  5. B yaşayış binası

  6. C yaşayış binası

  7. D yaşayış binası

  8. E yaşayış binası

  9. F yaşayış binası

10 sentyabr 2019-cu il. Ofis binası

Landşaft işçiləri ot toxumlarını səpməzdən əvvəl torpağı dırmıqlayır. Arxa planda A və B yaşayış binaları görünür.

19 sentyabr 2019-cu il. Ofis binası

Ofis binasının arxasında yerləşən süni nohur. Bu və Çelmsford ərazisində yaradılmış digər nohurlar drenaj sisteminin bir hissəsidir. Bu süni drenaj sistemi təbii drenaj kimi işləyir, suyun keyfiyyətini artırır, daşqın riskini azaldır və ətraf mühitə müsbət təsir göstərir.

19 sentyabr 2019-cu il. Ofis binası

Dülgər ər-arvad ofis arakəsmələrini quraşdırır.

14 oktyabr 2019-cu il. A yaşayış binası

İşçi lazer tarazın köməyilə bərbərxananın qapısına işarə vurur.

28 oktyabr 2019-cu il. Filialın ərazisi

Dülgər tarazın köməyilə işarələr vurur. Piyada yolu boyunca qoyulmuş işarələr sakinlərə və qonaqlara 34 hektar ərazidə istiqamətlənməyə kömək edir.

4 noyabr 2019-cu il. Şimal istehsalat binası

Yerli yanğın-xilasetmə xidmətinin nümayəndəsi hidrantda suyun təzyiqini yoxlayır.

14 noyabr 2019-cu il. Ofis binası

İnşaat layihə komitəsinin üzvü səhər ibadətini aparır. Proqram internet vasitəsilə canlı olaraq Londondakı Beytelə yayımlanır. Eyni zamanda yeni audio- və videosistem sınaqdan keçirilir.

9 noyabr 2019-cu il. Şimal istehsalat binası

Elektrik nəzarət altında olan ərazinin girişində işıqfor quraşdırır.

19 noyabr 2019-cu il. Əsas yardımçı tikinti sahəsi

İşçilər mis məftilləri təkrar istifadə üçün təmizləyir.

25 noyabr 2019-cu il. Əsas yardımçı tikinti sahəsi

Bələdçi ekskursiyaya gələnlərə tikintinin aparıldığı ərazinin planını göstərir. Tikinti ərzində 95000-dən çox adam ora ekskursiyaya gəlmişdi.

5 dekabr 2019-cu il. Ofis binası

Britaniya filialının komitə üzvü tikinti briqadasının sonuncu aylıq görüşündə çıxış edir. Bundan sonra binaların istismarına Beytel şöbələri nəzarət edəcək. Layihədə 11000-dən çox könüllü iştirak edib.

10 dekabr 2019-cu il. Şimal istehsalat binası

Regional video heyətinə və Yerli yayım şöbəsinə yeni studiya tirlərindən istifadəyə dair təlim keçirilir. İşçilər döşəmənin səthini qorumaq üçün baxil geyinir.

30 dekabr 2019-cu il. Ofis binası

Könüllülər ofis binasına aparan avtomobil yolunu örtən daş plitələrin arasına quru qum tökür.

16 yanvar 2020-ci il. Cənub istehsalat binası

Mexanik yeni qarajda mikroavtobusu təmir edir. Bütün filial binaları bir ərazidə yerləşdiyindən beytelliləri iş yerinə gətirmək üçün çoxlu sayda bu kimi mikroavtobuslara artıq ehtiyac yoxdur. İndi onları satmaq olar. Arxa planda isə əraziyə qulluq edən heyət tərəfindən istifadə olunan maşını görmək olar.

29 yanvar 2020-ci il. D yaşayış binası

Yükdaşıyanlar beytellilərin şəxsi əşyalarını boşaldır. 27 nəfərdən ibarət qrup yanvar—fevral ayları ərzində beytellilərə köçməyə kömək edib. Mart ayının əvvəlindən artıq bütün Beytel ailəsi yeni filialda yaşayır və işləyir.

6 fevral 2020-ci il. Ofis binası

Mətbəx işçiləri Beytel ailəsi üçün salat hazırlayır.

7 fevral 2020-ci il. Müvəqqəti yaşayış sahəsi

Müvəqqəti yaşayış evi satıldıqdan sonra ərazidən aparılır. Yeni filiala yaxın yerləşən belə evlərdə tikinti zamanı işçilər yaşayırdı. Bu evlər atmosferə karbon qazının atılmasının azaldılması layihəsinin bir hissəsi idi. Bu layihə BREEAM (Building Research Establishment Environmental Assessment Method) standartına görə yenilik kimi tanınıb. Arxa planda yeni yaşayış binaları görünür.

14 fevral 2020-ci il. Ofis binası

Tərcümə şöbəsinin üzvləri audioyazının aparılması üçün səsyazma otağını düzəldir. Bu studiya tərcümə qruplarının ofislərində quraşdırılmış kiçik «studiya»lara əlavədir. Bu studiyadan Britaniya filialında irland və şotland (qael) kimi yerli dillərə tərcümə edən qruplar da istifadə edir.

24 fevral 2020-ci il. Ofis binası

Yerli layihə-inşaat şöbəsində xidmət edən qardaş videokonfrans vasitəsilə Cənub-Şərqi İngiltərənin sahə nümayəndəsi ilə söhbət edir. Sahə nümayəndələri filialla müntəzəm əlaqə saxlayır və ibadət evlərinin tikintisi və onlara xidmət məsələlərini müzakirə edir. Arxa planda şöbənin digər üzvləri yeni və təmir olunan ibadət evlərinin istilik və havalandırma məsələsini müzakirə edir.

25 fevral 2020-ci il. Ofis binası

Filiala gələn yeni könüllülər qəbul mərkəzində qarşılanır. Təlimat aldıqdan sonra onlar təyin olunduqları şöbələrə yönəldilir. Britaniya filialı Çelmsfordda fəaliyyət göstərməyə başlayandan orada tamvaxtlı beytellilərdən əlavə təxminən 500 könüllü çalışır. Arxa planda iki qardaş qonaqlar üçün hazırlanan sərgi üçün monitorları quraşdırır və sınaqdan keçirir.