Kontentə keç

Siz nəyə görə ibadətinizdə xaçdan istifadə etmirsiniz?

Siz nəyə görə ibadətinizdə xaçdan istifadə etmirsiniz?

 Bir çox insanlar xaçı İsa Məsihin davamçılarının rəmzi hesab edir. Yehovanın Şahidləri onun davamçıları olsalar da, xaça ibadət etmirlər. Niyə?

 Bunun səbəblərindən biri odur ki, Müqəddəs Kitabda deyildiyi kimi, İsa xaçın yox, adi şalbanın üzərində edam edilib. Bundan əlavə, Allahın Kəlamı birmənalı şəkildə «bütpərəstlikdən [qaçmağı]» əmr edir və əlbəttə ki, bu, xaça ibadət etmək məsələsinə də aiddir (1 Korinflilərə 10:14; 1 Yəhya 5:21).

 İsa Məsihin dediyi növbəti sözlər də böyük əhəmiyyət kəsb edir: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəhya 13:34, 35). Bununla İsa göstərdi ki, onun əsil davamçılarını fərqləndirən cəhət xaç və ya hansısa başqa rəmz yox, fədakar məhəbbət olacaqdır.