Kontentə keç

Mündəricatı göstər

Alimlər nəyi bilmir?

Alimlər nəyi bilmir?

İlk baxışdan elə görünür ki, sanki alimlər Kainatın bizə məlum olan hissəsinin hər qarışını öyrəniblər. Bununla belə, onlar hələ çox sualların cavabını bilmirlər.

Elm Kainatın və həyatın başlanğıcını aşkar edə bilib? Qısaca desək, xeyr! Bəzilərinin fikrincə, kosmologiya elmi Kainatın başlanğıcını müəyyən edə bilər. Amma Dartmut Kollecində çalışan, astronomiya üzrə professor, aqnostik Marselo Qleyzer deyir: «Biz hələ də Kainatın başlanğıcını öyrənə bilməmişik».

Eynilə, «Sayens Nyus» jurnalında dərc olunmuş məqalədə həyatın başlanğıcı haqqında deyilir: «Yer üzündə həyatın necə əmələ gəldiyini müəyyən etmək qeyri-mümkündür. Yer kürəsinin erkən dövrlərində baş verənləri süxurların və fosillərin vasitəsilə öyrənmək olardı. Ancaq onların əksəriyyəti çoxdan yoxa çıxıb». Bu sözlərdən görünür ki, elm «Kainat və həyat necə yaranıb?» sualına hələ ki cavab verməyib.

Sizdə sual yarana bilər: «Bəs yaxşı, yer üzündə həyatı kim yaradıb?» Həmçinin sizi başqa suallar da düşündürə bilər: «Əgər hikmətli Yaradan varsa, onda nəyə görə O, insanların əzab çəkməsinə yol verir? Nəyə görə bir-birinə zidd gedən bu qədər din var? Nəyə görə Allah “mömin” insanların pis əməllərinə göz yumur?»

Elm bu suallara cavab verə bilməz. Amma bu o demək deyil ki, bu sualların cavabı yoxdur. Bir çox insanlar suallarına Müqəddəs Kitabdan cavab tapıblar.

Müqəddəs Kitabı araşdıran bəzi alimlər Yaradanın varlığına inanır. jw.org saytına daxil olaraq onların nəyə görə belə qənaətə gəldiyi barədə oxuya bilərsiniz. Saytda «axtar» xanasına «həyatın əmələ gəlməsi» yazaraq bu barədə məlumat tapa bilərsiniz.