Kontentə keç

Mündəricatı göstər

Müqəddəs Yazılara aid suallara cavab

Müqəddəs Yazılara aid suallara cavab

Yoxsulluğun sonu gələcəkmi?

Allah yoxsulluğa necə son qoyacaq? (Mətta 6:9, 10).

Son dərəcə yoxsulluq ucbatından hər il milyonlarla insan qida çatışmazlığından və xəstəlikdən ölür. Dünyanın bir qismi çiçəklənsə də, əksər hissəsində yoxsulluq baş alıb gedir. Müqəddəs Kitab göstərir ki, bəşər tarixində yoxsulluq problemi həmişə olub. (Yəhya 12:8 ayəsini oxuyun.)

Yoxsulluğa son qoymaq üçün dünyanın ehtiyatlarını bərabər bölüşdürməyi bacaran və yoxsulluğun əsas səbəbi olan müharibələrə son qoyan bir hökumət olmalıdır. Allah məhz belə bir hökumət vəd edir. (Dənyal 2:44 ayəsini oxuyun.)

Yoxsulluğa kim əncam çəkəcək?

Allah İsa Məsihi bütün bəşəriyyət üzərində Padşah təyin edib (Zəbur 2:4—8). O, məzlumları xilas edəcək, zülmə və zorakılığa son qoyacaq. (Zəbur 72:8, 12—14 ayələrini oxuyun.)

«Sülh əmiri» olan İsa Məsih dünyada sülhü və təhlükəsizliyi bərqərar edəcək. Sonra hər kəsin öz evi, öz eşiyi olacaq, hamı zövq ala-ala işləyəcək və aclıq nədir bilməyəcək. (Əşiya 9:6, 7; 65:21—23 ayələrini oxuyun.)