Kontentə keç

Mündəricatı göstər

DƏRS 18

Məzmunlu nitq

Məzmunlu nitq

1 Korinflilərə 9:19—23

İCMAL: Dinləyiciləri düşündür. Qoy onlar dəyərli bir şey öyrəndiklərini hiss etsinlər.

NECƏ NAİL OLMAQ OLAR?

  • Dinləyicilərin biliyini nəzərə al. Həmişə eşitdikləri məlumatı təkrarlama. Mövzunu yeni tərəfdən açıqla.

  • Axtarış apar və düşün. Əgər mümkündürsə, əsas fikirləri izah edərkən az tanış olan faktlardan, yaxud cari hadisələrdən nümunə çək. Oxuduğun material barədə dərindən düşün və materialı söyləmək istədiyin faktlarla əlaqələndir.

  • Məlumatın faydasını göstər. Müqəddəs Kitabdan olan fikirlərin dinləyicilərə gündəlik həyatda necə kömək edəcəyini izah et. Dinləyicilərlə əlaqəsi olan konkret vəziyyətlərdən, keyfiyyət və hərəkətlərdən söz aç.