Kontentə keç

Mündəricatı göstər

DƏRS 8

Nümunələr çək

Nümunələr çək

Mətta 13:34, 35

İCMAL: Dinləyicilərdə maraq oyatmaq və əsas fikirləri izah etmək üçün sadə nümunələr çək.

NECƏ NAİL OLMAQ OLAR?

  • Sadə nümunələr seç. İsa kimi kiçik şeylərin vasitəsilə böyük, asan şeylərin vasitəsilə mürəkkəb anlayışları izah et. Nümunəni mürəkkəbləşdirən lazımsız təfərrüatları qeyd etmə. Əmin ol ki, nümunə izah etdiyin fikrə hərtərəfli uyğun gəlir və dinləyicilərin fikri yersiz təfərrüatlara yayınmayacaq.

  • Dinləyiciləri nəzərə al. Dinləyicilərin fəaliyyətinə və maraq dairəsinə uyğun nümunə seç. Diqqətli ol ki, çəkdiyin nümunələr onları pərt etməsin, hisslərinə toxunmasın.

  • Əsas fikirləri vurğula. Nümunədə xırda təfərrüatları yox, əsas fikirləri vurğula. Dinləyicilər təkcə nümunəni yox, nümunədən çıxarılan nəticəni də yadda saxlamalıdır.